BAKI, 21 may. TELEQRAF
Ermənistan Baş naziri Nikol Paşinyan seçiciləri ilə görüşü zamanı “Çiçəklənən Ermənistan” partiyasının sədri, oliqarx Qaqik Sarukyana məxsus “Ararat” sement zavodunun milliləşdiriləcəyini açıqlayıb.
Teleqraf xəbər verir ki, o, Sarukyan və digər daxili radikal qüvvələri “mafiya” adlandırıb.
“Növbə “Ararat” sement zavodunundur. Tezliklə oğurlanmış avadanlıqları dövlətə qaytaracağıq. Deyirlər ki, bunu təzə öyrənmisiniz? Biz təkcə öyrənməmişik, həm də sübut etmişik. Bilmək və sübut etmək fərqli şeylərdir. Heç bir fırıldaqçı dövlətə fırıldaq gələ bilməz. Səkkiz ildir mafiyaya qarşı mübarizə aparırıq”, - o vurğulayıb və əlavə edib ki, bu mübarizə son mərhələyə qədəm qoyub.
Paşinyan vurğulayıb ki, erməni xalqı iyunun 7-də keçiriləcək parlament seçkilərində mafiyanı məğlub edəcək.