AZ

Bu ölkədə 9 yaşlı qızlarla evlənmək olar - Rəsmi

Əfqanıstanda  hakimiyyətdə olan Taliban qanunvericiliyə dəyişiklik edərək kişilərə doqquz yaşlı qızlarla evlənməyə icazə verib.

Ölkə.az "The Times"ə istinadən xəbər verir ki, Əfqanıstandakı "Taliban" hərəkatı qızlar üçün minimum evlilik yaşını ləğv edib.

“Yeni qanuna əsasən əgər qız doqquz və ya on yaşında yeni yetkinlik yaşına çatırsa, deməli, o, qanuni nikah yaşına çatıb", - əfqanıstanlı insan haqları fəalı Horiya Mosadiq  məsələ ilə bağlı jurnalistlərə açıqlamasında deyib.

Taliban hakimiyyətə gəlməzdən əvvəl Əfqanıstanda evlilik üçün minimum yaş həddi 16 idi, lakin artıq bu yaş həddi aradan qaldırılıb.

Jurnalistlər həmçinin qeyd edirlər ki, İslam hüququnun ən böyük və ən qədim sünni məktəbinə görə, yetkinlik yaşı doqquz yaş hesab olunur.

Taliban hərəkatının ali lideri Heybətullah Axundzadə əvvəllər Taliban rejiminin Əfqan qadınlarını "ənənəvi zülmdən" azad etdiyini və onların "azad insanlar" statusunu bərpa etdiyini bildirib. O, həmçinin yeni rejimin "qadınların İslam şəriətinə uyğun olaraq rahat və firavan bir həyat sürmələrini təmin etmək üçün zəruri addımlar atdığını" vurğulayıb.

Mürtəza

Seçilən
27
3
olke.az

4Mənbələr