AZ

“Naxçıvan” sənədli filminin prodüsseri: Məqsədimiz insanları Azərbaycanın hər bir bölgəsinin tarixi ilə tanış etməkdir

Bakı, 21 may, AZƏRTAC

“Bu film “AnewZ” kanalı, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə əməkdaşlıq çərçivəsində hazırladığımız orijinal bir istehsaldır. Biz çəkiliş məkanlarını və müsahibə götürəcəyimiz şəxsləri müəyyənləşdirərkən çox sıx əməkdaşlıq etdik – hər mövzuya uyğun olaraq ən yaxşı mütəxəssisi və ən uyğun şəxsləri seçməyə çalışdıq”.

Bu sözləri AZƏRTAC-a açıqlamasında BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində nümayiş olunan Naxçıvan haqqında sənədli filmin prodüsseri və direktoru Federiko Naccache deyib.

O bildirib ki, layihə Naxçıvan Televiziyasının dəstəyi ilə həyata keçirilib: “Biz çəkiliş məkanlarda uyğun vaxtları müəyyənləşdirdik. Bu, çox gözəl bir iş təcrübəsi idi. Məqsədimiz insanları Azərbaycanın hər bir bölgəsinin tarixi köklərindən başlayaraq, müasir şəhərsalma yanaşmalarına və gələcəyə yönəlmiş – 2030 və 2040-cı illəri əhatə edən Baş planlara qədər məlumatlandırmaqdır. Çünki Azərbaycan hökuməti bu ərazilər üçün gələcəyə dair konkret planlara malikdir”.

“Bu miqyasda bir layihə - xüsusilə ingilis dilində - ilk dəfədir həyata keçirilir. Biz gələcəkdə də bu işi davam etdirəcəyik. Bundan əlavə, layihə sonradan tammetrajlı sənədli filmə də çevriləcək. Bu miqyasda, xüsusilə mədəniyyət və həyat tərzinin təqdimatı baxımından bu cür yanaşma daha əvvəl tətbiq olunmayıb” - deyə Federiko Naccacce əlavə edib.

 

Seçilən
13
1
azertag.az

2Mənbələr