AZ

Deputatdan Fransaya SƏRT MESAJ – “Neokolonial Siyasətiniz İflasa Məhkumdur”



Millət vəkili Vüqar İskəndərov Fransanı neokolonial siyasət yürütməkdə ittiham edib və Yeni Kaledoniyada baş verənləri bunun açıq nümunəsi adlandırıb.

Deputatın sözlərinə görə, Paris demokratiya və insan hüquqları barədə danışsa da, Kanak xalqının azadlıq və öz müqəddəratını təyinetmə mübarizəsinə qarşı siyasi təzyiq və repressiya siyasəti həyata keçirir.

Vüqar İskəndərov bildirib ki, Fransa seçki qanunvericiliyinə müdaxilə etməklə bölgədə yerli kanakların siyasi təsirini azaltmağa çalışıb. O qeyd edib ki, bu addımlar illər əvvəl imzalanmış Numeya sazişinin prinsiplərinə ziddir.

Deputat həmçinin Fransanı Yeni Kaledoniyada iqtisadi asılılıq mexanizmləri yaratmaqda ittiham edib. Onun fikrincə, Parisin bölgəyə vəd etdiyi maliyyə yardımları siyasi təsir vasitəsi kimi istifadə olunur.

Vüqar İskəndərov vurğulayıb ki, Azərbaycan bu məsələdə Kanak xalqının beynəlxalq səviyyədə səsini çatdıran əsas ölkələrdən birinə çevrilib. O, xüsusilə Bakı Təşəbbüs Qrupunun fəaliyyətini qeyd edib.

Deputatın fikrincə, Fransanın Yeni Kaledoniyada həyata keçirdiyi siyasət uzunmüddətli perspektivdə uğursuzluğa məhkumdur və xalqların azadlıq istəyini dayandırmaq mümkün deyil.



Seçilən
12
aia.az

1Mənbələr