AZ

Mehman Mehdiyev işdən çıxdı, yeni vəzifəyə təyin olundu

On ilə yaxın çalışdığım “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dəki fəaliyyətimi yeni işə keçməyimlə əlaqədar başa vurdum.

“Yeni Sabah” xəbər verir ki, bunu “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin mətbuat katibi, tanınmış jurnalist Mehman Mehdiyev bildirib.

“Bu illər mənim üçün böyük təcrübə və həyat məktəbi oldu. ASCO-da çalışdığım müddətdə çox peşəkar və dəyərli insanlarla birlikdə işləmək imkanım oldu. Pepperoni pizza

Birlikdə çalışdığım rəhbərlərə, həmkarlarıma, media nümayəndələrinə və bütün dənizçi dostlarıma təşəkkür edirəm”, - o vurğulayıb.

M.Mehdiyev deyib ki, fəaliyyətini bundan sonra Dövlət Statistika Komitəsində davam etdirəcək.


Telegram kanalımız
Seçilən
25
2
yenisabah.az

2Mənbələr