Modern.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
“10 ilə yaxın çalışdığım “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dəki fəaliyyətimi yeni işə keçməyimlə əlaqədar başa vurdum”.Bu açıqlamanı Modern.az-a Xəzər Dəniz Gəmiçiliyinin mətbuat katibi postundan ayrılan Əməkdar jurnalist Mehmen Mehdiyev verib.
O, fəaliyyətini bundan sonra Dövlət Statistika Komitəsində davam etdirəcəyini qeyd edib.Mehman Mehdiyev bu gün Dövlət Statistika Komitəsinin İctimaiyyətlə əlqələr şöbəsinin rəhbəri vəzifəsinə təyinat alıb.
Mehman Mehdiyev Bakda doğulub. Atası jurnalist, anası mühəndis olub. Yaşayış yerinin dəyişməsi ilə bağlı bir neçə məktəbdə oxuyub. Buraxılış sinfinə isə 286 saylı orta məktəbdə gedib. Bakı Dövlət Universitetində Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsində təhsil alıb. İxtisaslaşması beynəlxalq jurnalistika olub. Daha sonra AMEA-nın A.Bakıxanov adına Tarix İnstitunda aspirantura təhsili alıb. Tarix elmləri doktoru İradə Bağırovanın rəhbərliyi altında dissertasiya müdafiə edib. Bir müddət Bakı Dövlət Universitetində Jurnalistika fakültəsində pedaqoq kimi çalışıb. Vaxt azlığından bu fəaliyyətindən uzaqlaşıb. İlk iş yeri “Space” televiziyası olub, burada öyrəndiklərini daha sonra “Lider” TV-də inkişaf etdirib. 2012-ci ildə “Eurovision-2012” Mahnı Müsabiqəsinin təşkilat komitəsində çalışıb.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.