AZ

"Belarus Ukrayna münaqişəsinə qoşulmaq niyyətində deyil" - Lukaşenko

Belarus Prezidenti Aleksandr Lukaşenko ölkəsinin Ukrayna münaqişəsinə qoşulmaq niyyətində olmadığını bəyan edib.

Redaktor.az xəbər verir ki, bu barədə o, “BelTA” agentliyinə açıqlamasında danışıb.

Lukaşenko Ukrayna Prezidenti Volodimir Zelenskinin Belarusun müharibəyə cəlb oluna biləcəyi ilə bağlı fikirlərinə münasibət bildirərək qeyd edib ki, Belarus yalnız öz ərazisinə qarşı təcavüz olacağı təqdirdə hərbi əməliyyatlara qoşula bilər.

“Belarus yalnız bir halda müharibəyə cəlb oluna bilər – əgər ölkəmizin ərazisinə qarşı aqressiya olarsa. Bu halda isə biz Rusiya ilə birlikdə Brestdən Vladivostoka qədər vətənimizi müdafiə edəcəyik”, – deyə Lukaşenko vurğulayıb.

NURİYYƏ

Seçilən
38
1
redaktor.az

2Mənbələr