AZ

Zelenski Xerson vilayətinin işğal altında olan hissəsində FTX qərargahına zərbə endirildiyini təsdiqləyib

ain.az, Azertag saytına istinadən bildirir.

Kiyev, 21 may, AZƏRTAC

Müvəqqəti işğal altında olan Xerson vilayəti ərazisində Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) qərargahı və “Pantsir-S1” zenit-raket kompleksi vurulub.

AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Facebook” hesabında məlumat paylaşıb.

“Ukrayna Təhlükəsizlik Xidmətinin Xüsusi Əməliyyatlar üzrə “A” Mərkəzinin döyüşçüləri uğurlu nəticələr əldə ediblər. Müvəqqəti işğal altında olan ərazimizdə Rusiya FTX əməkdaşlarının qərargahına zərbə endirilib, “Pantsir-S1” zenit kompleksi məhv edilib. Təkcə bu əməliyyat nəticəsində Rusiya tərəfi təxminən yüz nəfər itki verib, yaralananlar da var”, – deyə Zelenski bildirib.

Prezident vurğulayıb ki, rusiyalılar bu müharibəni başa çatdırmalı olduqlarını hiss etməlidirlər. O, həmçinin Ukraynanın orta və uzaqmənzilli raket zərbələrinin davam etdiriləcəyini bildirib.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
13
2
azertag.az

3Mənbələr