AZ

Riçard Gir: Evsizlik dərin bir ədalətsizlikdir

Azvision portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bunu Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “What no one wants to see: Homelessness, a cause we must make visible” (Heç kimin görmək istəmədiyi şey: Evsizlik - görünən etməli olduğumuz bir məsələ) filminin nümayişi zamanı məşhur aktyor Riçard Gir videomüraciətində deyib.

Şəhərlərdəki sıxlıq beynimizə təsir edir - Klinik psixoloq

O vurğulayıb ki, heç kim küçədə yaşamağa məcbur edilməməlidir. “Evsizlik qaçılmaz deyil, bu, dərin bir ədalətsizlikdir. Biz bunu öz gözlərimizlə görmüşük. Bu qısametrajlı film isə illərlə çətinliklər içində yaşamış və böyük cəsarətlə öz hekayələrini dünya ilə bölüşməyi seçmiş insanların səsini eşitdirəcək. Sənədli film yalnız bizi duyğulandırmaq üçün deyil, bizi oyatmaq, laqeydliyin heç vaxt bir seçim olmadığını xatırlatmaq məqsədi daşıyır. Çünki evsizliyin həlli mövcuddur və bu, hər bir insanın ev, təhlükəsizlik və ləyaqət hüququnu tanımaqla başlayır”, - deyə məşhur aktyor videomüraciətində bildirib. Qeyd edək ki, film Riçard Girin təsis etdiyi “Gere Foundation” tərəfindən hazırlanıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
2
azvision.az

3Mənbələr