AZ

Bakı küçələrinin estetik görünüşü və yaşıllıqları ilə fərqlənir Çinli qonaq FOTO

ain.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Çin Xalq Respublikasından gələn qonaq Jing Ren Bakıda keçirilən Dünya Şəhərsalma Forumundan xoş təəssüratlarla ayrıldığını bildirib. Avtosfer.az-a açıqlamasında, o, forum çərçivəsində təşkil olunan sessiyalar həm məlumatlandırıcı, həm də ilhamverici olduğunu qeyd edib.

Qonağın sözlərinə görə, müxtəlif ölkə və şəhərlərin təcrübələrinin paylaşılması, şəhərsalma ilə bağlı müasir yanaşmaların müzakirəsi forumu daha da maraqlı edib. O, xüsusilə şəbəkələşmə tədbirlərini və “Voice of the Cities” sessiyalarını yüksək qiymətləndirib.

Jing Ren forumla yanaşı, Bakının mərkəzi hissəsini də gəzib və şəhərin müasir görünüşünün onda xoş təəssürat yaratdığını bildirib. O, paytaxtın geniş ictimai məkanlarını, yaşıllıq zonalarını və küçələrin estetik görünüşünü xüsusi vurğulayıb.

“Bakıya səfər etmək həqiqətən çox maraqlıdır. Buradakı sessiyalar olduqca təsiredici və ilhamvericidir. Müxtəlif şəhərlərin təcrübələrindən çox şey öyrəndim. Şəhərin mərkəzində gəzmək də mənim üçün xüsusi təcrübə oldu. Bakı gözəl ictimai məkanları və səliqəli şəhər mühiti ilə diqqəti cəlb edir. Burada olmaq mənim üçün böyük şərəfdir”, – deyə o əlavə edib.

Eltac Züıfüqaroğlu

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
23
50
avtosfer.az

10Mənbələr