Ses qazeti saytına istinadən ain.az xəbər verir.
Yardımlı rayonda Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “28 May–Müstəqillik Günü” münasibətilə yeniyetmələr arasında təşkil olunan basketbol üzrə rayon turniri maraqla qarşılanıb.
Rayonda fəaliyyət göstərən 4 saylı tam orta məktəbin idman zalında keçirilən turnirin əsas məqsəd basketbol idman növünün təbliği, bu idman növündə istedadlı idmançıların müəyyən edilməsi, sağlam həyat tərzinə çağırış və asudə vaxtın səmərəli təşkili olub.
Turnirdə rayon ümumtəhsil məktəblərinin 6 komandası iştirak edib. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışda I, II, III yerləri tutan komandalar Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin diplomları ilə təltif olunublar.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.