AZ

Bakıda adamları məscidə pulla buraxırlar? - Dini Komitədən açıqlama

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bəzi sosial şəbəkə platformalarında Bakı şəhərində fəaliyyət göstərən “İmam Hüseyn” məscidinin həyətinə avtomobillərin ödəniş müqabilində buraxılması ilə bağlı yayılan iddialara rəsmi münasibət bildirilib.

“Yeni Sabah”ın sorğusuna cavab olaraq komitədən qeyd edilib ki, sözügedən avtodayanacaq məscidin ərazisinə daxil deyil və dini ibadət yerindən kənarda fəaliyyət göstərir.

Nəqliyyat vasitələrinin saxlanılması müqabilində vətəndaşlardan ödəniş tələb edən şəxsin də məscidlə heç bir əlaqəsi yoxdur. Dominos pizza

Komitədən vurğulanıb ki, məsələ ilə bağlı yayılan bəzi məlumatlar həqiqəti əks etdirmir.

Xatırlatma: sosial mediada yayılan görüntülərdə “İmam Hüseyn” məscidinə daxil olmaq istəyən şəxslərdən pul tələb olunub.

Görüntləri çəkən şəxslər bildirib ki, onlar məscidin yaxınlığında idmanla məşğul olublar və daha sonra məsciddən əl-üzülərini yumaq üçün istifadə etmək istəyiblər, bu zaman onlardan pul tələb olunub. 

Əvvəllər bu məsciddə mərhum Hacı Əbdül Əbdülovun "Tövbə" cəmiyyəti yerləşib.

Aytəkin Əzizqızı


Telegram kanalımız
Seçilən
42
1
yenisabah.az

2Mənbələr