AZ

Azərbaycan forum vasitəsilə öz mədəniyyətini beynəlxalq ictimaiyyətə təqdim edir PROFESSOR FOTO

ain.az bildirir, Avtosfer portalına istinadən.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professor İlqar Mirzəyev Dünya Şəhərsalma Forumu (WUF13) ilə bağlı fikirlərini bölüşüb.

O bildirib ki, bu gün Azərbaycan milli oyanış və milli özünüdərk dövrünü yaşayır. Onun sözlərinə görə, bu mərhələ hər kəsin öz milli məsuliyyətini dərk etməsi, soykökünə qayıdış, keçmiş irsə hörmət və fəxarət hissi, həmçinin milli mədəniyyətin gələcək nəsillərə obyektiv və düzgün şəkildə çatdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.

Avtosfer.az-a müsahibəsində İlqar Mirzəyev Bakıda keçirilən Dünya Şəhərsalma Forumunun (WUF13) bu baxımdan böyük önəm kəsb etdiyini vurğulayıb. O qeyd edib ki, 17–23 noyabr tarixlərində keçirilən forum Azərbaycanı dünyaya tanıtmaqla yanaşı, ölkənin mədəniyyətini, turizm potensialını, adət-ənənələrini və milli dəyərlərini beynəlxalq ictimaiyyətə təqdim edir. Onun sözlərinə görə, Azərbaycan həm qonaqpərvər ölkə kimi özünü göstərir, həm də müasir şəhərsalma mədəniyyətini nümayiş etdirir.

Professor əlavə edib ki, Azərbaycanda şəhərsalma sahəsində ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Onun fikrincə, ölkədə həyata keçirilən şəhərsalma və quruculuq layihələri, xüsusilə Qarabağda “ağıllı kənd”, “ağıllı şəhər” və “ağıllı turizm” konsepsiyaları innovativ yanaşmaların bariz nümunəsidir.

O həmçinin qeyd edib ki, Bakıdakı WUF13 çərçivəsində ölkəyə gələn on minlərlə turist Azərbaycanın mədəniyyəti, turizm imkanları və milli xüsusiyyətləri ilə yaxından tanış olur. Professorun sözlərinə görə, rəqəmsallaşma və müasir texnologiyaların tətbiqi ilə həyata keçirilən şəhərsalma layihələri gələcəkdə Azərbaycanın beynəlxalq miqyasda daha da tanınmasına mühüm töhfə verəcək.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
13
avtosfer.az

1Mənbələr