AZ

Rektor: “Memarlıq sahəsində mütəxəssis hazırlamaq üçün bakalavr təhsili kifayət etmir”

ain.az bildirir, Bizim media saytına əsaslanaraq.

“Azərbaycan memarlıq, şəhərsalma, inşaat sahəsində mütəxəssis hazırlığına 106 il bundan öncə başlayıb. Ölkəmizin kifayət qədər təcrübəsi var. Bugünkü müasir tələblərə əsasən, mütəxəssislər daha geniş spektrli biliklərə sahib olmalıdırlar”.Bizim.Media xəbər verir ki, bu sözləri Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, professor Gülçöhrə Məmmədova Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Təhsil və peşəkar hazırlıq" adlı dəyirmi masada deyib.O bildirib ki, memarlıq sahəsində mütəxəssis hazırlamaq üçün bakalavr təhsili kifayət etmir:"Biz bu çatışmazlıqları magistr proqramı ilə aradan qaldırmağa çalışırıq. Onlara daha geniş, üstün təhsil verən magistr proqramlarını tətbiq edirik".Rektor hazırda bu sahədə çalışan mütəxəssislərin də biliklərinin artırılması üçün qısa və uzunmüddətli əlavə təhsil proqramlarına cəlb olunmasını təklif edib.Günay Şahmar, Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
1
bizim.media

2Mənbələr