AZ

Günlərlə komada qalan Qeyb qeybdən xəbər gətirdi: İsa Məsihi gördüm

Britaniyalı Qeyb Puaro kliniki ölüm keçirdikdən sonra İsa Məsihi gördüyünü iddia edib.

Publika.az xəbər verir ki, bu barədə “Mirror” nəşri məlumat yayıb.

Hadisə 2021-ci ilin oktyabrında baş verib. Qeyb Puaro elektrik skeytbordundan yıxılaraq ağır kəllə-beyin travması alıb. Həkimlər onun həyatını xilas etmək üçün uzun müddət mübarizə aparıblar. Bildirilir ki, başındakı güclü təzyiq səbəbindən kəllə sümüyü daxildən parçalanmaq həddinə çatıb.

18 gün komada qalan Puaro podkaster Lila Rouzla söhbətində həmin vaxt “Cənnətə yüksəldiyini” deyib. O, İsa Məsihi təxminən 180-183 sm boyunda, Yaxın Şərq görünüşlü, buğdayı dərili və yüngül dalğalı orta uzunluqda saçları olan biri kimi təsvir edib.

Qeyb bildirib ki, İsanın həqiqi simasını sözlə ifadə etmək mümkün deyil: “Onun nuru təsvir edilə bilməz. Turin kəfəni isə buna ən yaxın bənzətmədir”.

Seçilən
33
publika.az

1Mənbələr