AZ

ABŞ-da mənzil bazarının dəyəri 55 trilyon dollardır, 7 milyon mənzil çatışmazlığı var

Əlçatan mənzil probleminin həlli üçün uzunmüddətli maliyyələşdirmə və institusional investisiyalar həlledici əhəmiyyət daşıyır.

"APA-Economics" xəbər verir ki, bunu Federal Capital Partners şirkətinin təsir investisiyaları üzrə vitse-prezidenti Alecia Hill Dünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində keçirilən "Kapital, potensial və bazar etimadı" panelində bildirib.

Onun sözlərinə görə, ABŞ-da mənzil bazarının dəyəri 55 trilyon ABŞ dollarından çox olsa da, ölkədə təxminən 7 milyon mənzil çatışmazlığı qalmaqdadır.

Hill qeyd edib ki, ABŞ-da əlçatan mənzil sektorunun əsas maliyyə alətlərindən biri 30 ildən artıqdır tətbiq olunan vergi kreditləri proqramıdır. Bununla belə, mövcud mexanizmlər mənzil çatışmazlığını tam aradan qaldırmağa kifayət etməyib.

O vurğulayıb ki, mənzil böhranının həlli üçün dövlət dəstəyi, qarışıq maliyyələşdirmə mexanizmləri və uzunmüddətli investisiya mənbələrinin birgə fəaliyyəti vacibdir.

Seçilən
27
3
apa.az

4Mənbələr