AZ

Motosikletçini təhlükəyə atan sürücü görün etiraza nə cavab verdi VİDEO

Avtosfer saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Paytaxtın Ziya Bünyadov prospektində qayda pozan sürücü kameraya düşüb.

Avtosfer.az-ın məlumatına görə, hadisə mayın 19-da səhər saatlarında qeydə alınıb. Kadrlardan görünür ki, 90-YB-632 dövlət nömrə nişanlı “BMW” markalı avtomobilin sürücüsü öndə hərəkətdə olan motosikletçiyə məhəl qoymadan onu sıxışdırıb və qəza şəraiti yaradıb.

Təhlükə ilə üzləşən motosiklet sürücüsü daha sonra avtomobilə yaxınlaşaraq sürücüyə etirazını bildirib. “BMW”nin sürücüsü isə “Sən yola baxırsan? Sağla gedirsən” deyərək öz hərəkətinə haqq qazandırmağa çalışıb.

Qeyd edək ki, yol hərəkəti qaydalarına əsasən, bir zolaqda avtomobil və motosikletin yanaşı şəkildə hərəkət etməsi yolverilməzdir. Təəssüf ki, bəzi sürücülər motosikletləri tamhüquqlu nəqliyyat vasitəsi kimi qəbul etmir, bu da yollarda təhlükəli vəziyyətlərin yaranmasına səbəb olur. Halbuki motosiklet sürücüsünə məsafə saxlamamaq və onu zolaq daxilində sıxışdırmaq ağır qəza riskini artıran davranış hesab olunur.

Nərmin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
13
avtosfer.az

1Mənbələr