Şamaxı, 21 may, AZƏRTAC
Bizim Şamaxı turumuz çox gözəl keçdi. Qədim müsəlman məbədlərindən olan Şamaxı Cümə məscidini ziyarət etdik. Burada Cümə məscidi haqqında ətraflı məlumat aldıq.
Bunu AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində ölkəmizə səfər edən xarici media nümayəndələrinin Şamaxıya mediaturu zamanı Banqladeşdən olan jurnalist İsrafil Hovlaferli deyib.
“Mən məsciddə Allaha da dua etdim ki, Azərbaycan xalqı daim sülh və rifah içində yaşasın”, - deyə o əlavə edib.
Qeyd edək ki, mayın 17-22-də keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində ölkəmizə səfər edən xarici media nümayəndələri üçün Medianın İnkişafı Agentliyi və “WUF13 Azərbaycan” Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə Şamaxıya mediatur təşkil olunub.
Müxbir – Rəşad Türkoğlu