AZ

Oktay Kaynarcanın baş rolda olacağı yeni serial ləğv edildi

ain.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

Türkiyənin populyar telekanalında yayımlanması gözlənilən və baş rolunu tanınmış aktyor Oktay Kaynarcanın canlandıracağı yeni layihə ilə bağlı qəfil qərar verilib. Çəkilişlərinə hələ ötən ilin dekabrında başlanılması planlaşdırılan ekran işinin fəaliyyəti tamamilə dayandırılıb.Demokrat.az xəbər verir ki, sözügedən layihənin təxirə salınmasına səbəb kimi son dövrlər televiziya sektorunda yaşanan ciddi böhran göstərilir. Artan xərclər, reklam gəlirlərinin azalması və tanınmış aktyorların yüksək qonorar tələbləri mövsümün bir çox iddialı seriallarının sonunu gətirib. İş adamının həyatından bəhs edəcək ekran işinin çəkilişləri də məhz bu maliyyə problemləri və reytinq qayğıları səbəbindən ləğv edilib. Tamaşaçıların maraqla gözlədiyi layihənin qeyri-müəyyən müddətə təxirə salındığı bildirilir.İsmayıl

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
20
demokrat.az

1Mənbələr