AZ

Memar: Əsas məqsəd yaşana bilən məhəllələrin yaradılmasıdır

Mənzil layihələri yalnız “biz ev tikdik” yanaşması ilə məhdudlaşmamalıdır. Əsas məqsəd xidmətlər, ictimai məkanlar və nəqliyyat sistemi ilə inteqrasiya olunmuş, yaşana bilən məhəllələrin yaradılması olmalıdır.

AZƏRTAC xəbər verir ki, bunu Türkiyənin Mərmərə Bələdiyyələr Birliyində (MBB) şəhər siyasəti üzrə baş mütəxəssis, memar İrem Korkmaz mayın 21-də BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən "Mənzil təminatı şəhərləri bir araya gətirdikdə: Praktikada yerli əməkdaşlıq" adlı panel sessiyada çıxışı zamanı deyib.

O bildirib ki, vacib məqam bələdiyyə assosiasiyalarının yerli həlləri geniş miqyasda tətbiq etməyə kömək etməsidir. "Bir bələdiyyə məhəllə yenilənməsi üzrə uğurlu model hazırlaya bilər, digəri isə iştirakçı planlaşdırma sahəsində təcrübəyə malik ola bilər. Məhz burada bələdiyyə assosiasiyalarının rolu xüsusi əhəmiyyət kəsb edir. Onlar yerli təcrübələri modellərə, alətlərə və digər bələdiyyələrin effektiv şəkildə istifadə edə biləcəyi əməkdaşlıq formatlarına çevirirlər", - deyə İrem Korkmaz qeyd edib.

Seçilən
1
azerbaijan-news.az

1Mənbələr