AZ

Bu əlamətlər sizdə varsa- Hantavirus RİSKİ

Ajans.az xarici mətbuata istinadən xəbər verir ki, rəsmilər bildiriblər ki, hazırda genişmiqyaslı epidemiyanın başladığını göstərən heç bir əlamət yoxdur. Bununla yanaşı, hantavirusa qarşı peyvənd və xüsusi müalicə üsullarının hazırlanması istiqamətində işlərin davam etdiyi qeyd olunub. AB-nin Dayanıqlı Nəqliyyat və Turizm üzrə komissarı Apostolos Tsitsikostas Avropa Parlamentinin Baş Assambleyasında çıxışı zamanı Hollandiya bayrağı altında fəaliyyət göstərən “MV Hondius” adlı kruiz gəmisində aşkarlanan hantavirus halları barədə danışıb. Tsitsikostas bildirib ki, indiyədək 11 yoluxma halı qeydə alınıb. Onlardan 9-u laborator analizlər nəticəsində Andes hantavirusu kimi təsdiqlənib. O, hadisə nəticəsində 3 nəfərin həyatını itirdiyini, 2 xəstənin isə reanimasiyada müalicə aldığını deyib.  “Genişmiqyaslı epidemiya əlaməti yoxdur” Tsitsikostas qeyd edib ki, bütün şübhəli və təsdiqlənmiş hallar ciddi tibbi nəzarət altında saxlanılır və təcrid olunur. O bildirib: “Hazırkı mərhələdə bunun geniş yayılmış epidemiyanın başlanğıcı olduğuna dair heç bir əlamət yoxdur.” Onun sözlərinə görə, Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarət Mərkəzi (ECDC) Avropa əhalisi üçün risk səviyyəsini “çox aşağı” kimi qiymətləndirib. AB-nin səhiyyə və mülki müdafiə mexanizmlərinin isə operativ şəkildə işə salındığı bildirilib. 70-dən çox insan təxliyə olunub Tsitsikostas deyib ki, İspaniyanın yardım müraciətindən sonra mayın 6-da AB-nin Mülki Müdafiə Mexanizmi aktivləşdirilib. Bu çərçivədə Tenerife adasından Avropanın müxtəlif xəstəxanalarına 70-dən çox sərnişin və ekipaj üzvü təxliyə olunub. Onların 40-dan çoxunun AB vətəndaşı olduğu açıqlanıb.  “Peyvənd və müalicə üsulları hazırlayırıq” Virusun uzun inkubasiya dövrünə malik olduğunu deyən Tsitsikostas qarşıdakı həftələrdə yeni yoluxma hallarının ortaya çıxa biləcəyi barədə xəbərdarlıq edib. O bildirib ki, Avropa Komissiyası Dünya Səhiyyə Təşkilatı (DST), ECDC və üzv ölkələrlə sıx əməkdaşlıq edir. Hazırda AB ölkələrində hantavirusa qarşı təsdiqlənmiş peyvənd və ya xüsusi müalicə üsulu yoxdur. Bununla belə, Tsitsikostas hantaviruslara qarşı ümidverici peyvənd və müalicə üsulları üzərində iş aparıldığını vurğulayıb.  Hantavirus nədir, necə yoluxur? Hantavirus əsasən gəmiricilər vasitəsilə insanlara keçir. Virus aşağıdakı yollarla yoluxa bilər: * Gəmiricilərin qurumuş nəcisindən,
* Sidiyindən,
* Tüpürcək hissəciklərinin havaya qarışaraq nəfəs yolu ilə qəbul edilməsindən,
* Dişləmə və ya cırmaqlama yolu ilə.  Hantavirusun əlamətləri Hantavirus infeksiyası zamanı aşağıdakı əlamətlər müşahidə oluna bilər:

* Qızdırma,
* Halsızlıq,
* Əzələ ağrıları,
* Yorğunluq.

Seçilən
67
Ajans.az

1Mənbələr