Elm və Təhsil Nazirliyi və Təhsil TV tərəfindən "Memarlıqla yazılan təhsil tarixi" adlı videorubrikaya start verilir.
Bu barədə APA-ya Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Rubrika Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumu və ölkəmizdə 2026-cı ilin “Şəhərsalma və Memarlıq ili” elan olunması ilə əlaqədar hazırlanıb.
Rubrika çərçivəsində maraqlı memarlıq üslubu və zəngin tarixə malik müxtəlif təhsil müəssisələri təqdim olunacaq. Videolarda həmin təhsil məkanlarının memarlıq xüsusiyyətləri, tarixi irsi, eləcə də şəhər mühitinə və ictimai həyata təsiri barədə məlumat veriləcək.
Layihə təhsil müəssisələrinin yalnız tədris məkanı deyil, həm də şəhərlərin ictimai və mədəni yaddaşının formalaşmasında mühüm rol oynayan məkanlar olduğunu ön plana çıxarır.
Rubrika çərçivəsində təqdim olunan ilk təhsil müəssisəsi Bakı şəhəri 132–134 nömrəli Təhsil Kompleksidir.