AZ

Əlçatan və yaşanabilən mənzil siyasəti bütün ölkələrin gündəmi olmalıdır Nigeriyalı turist FOTO

ain.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.

Nigeriyadan gələn qonaq Mohammed Abubakar Ümumdünya Şəhərsalma Forumu (WUF13) ilə bağlı təəssüratlarını bölüşüb.

Avtosfer.az-a müsahibəsində Nigeriyalı iştirakçı bildirib ki, Bakıda keçirilən forum onun üçün olduqca məhsuldar və zəngin təcrübə ilə yadda qalıb.

Abubakar qeyd edib ki, təşkilatçılar və ümumilikdə ev sahibi ölkə tərəfindən yaradılan şərait müxtəlif ölkələrdən gələn iştirakçılar arasında geniş fikir mübadiləsinə imkan verib.

Mohammed Abubakar forum çərçivəsində əsas diqqət mərkəzində olan mövzulardan birinin əlçatan və yaşanabilən mənzil siyasəti olduğunu vurğulayıb. Onun sözlərinə görə, şəhərsalma prosesində yalnız mənzil tikintisi deyil, həm də əhalinin rifahını təmin edən dayanıqlı və inklüziv şəhər mühitinin formalaşdırılması vacibdir. Qonaq bu cür beynəlxalq platformaların inkişaf etməkdə olan ölkələr, xüsusilə Afrika dövlətləri üçün mühüm təcrübə mübadiləsi imkanı yaratdığını qeyd edib. O, ümumilikdə WUF13-ü uğurlu tədbir kimi qiymətləndirərək təşkilatçılara təşəkkürünü bildirib.

Eltac Zülfüqaroğlu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
23
avtosfer.az

1Mənbələr