AZ

"Yeni inkişaf əraziləri dəmir yolu və metro şirkətləri üçün əlavə imkanlar yaradır"

BAKI, 21 may. TELEQRAF

2025–2030-cu illər üzrə dövlət proqramında nəzərdə tutulan yeni nəqliyyat infrastrukturu avtomatik olaraq həmin ərazilərdə torpaq dəyərinin artmasına və kommersiya potensialının yüksəlməsinə səbəb olur.

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Strateji Planlaşdırma Şöbəsinin rəhbəri Hüseyn Abdullayev WUF13 çərçivəsində keçirilən “Yeni inkişaf üçün tranzit yönümlü planlaşdırma” adlı tədbirdə çıxışında deyib.

O qeyd edib ki, yeni inkişaf əraziləri dəmir yolu və metro şirkətləri üçün əlavə imkanlar yaradır, çünki onlar artan torpaq dəyərindən iqtisadi fayda əldə edə bilərlər:

Buna görə də bu şirkətlər tranzit yönümlü inkişaf (Transit-Oriented Development – TOD) konsepsiyasının kommersiya hissəsinə də investisiya qoya bilərlər.

Amma hesab edirəm ki, bu çərçivəyə yenidən baxmaq lazımdır. Çünki biz hələ iri şəhərətrafı ərazilərdə yerləşən böyük nəqliyyat qovşaqları üzrə pilot layihələr həyata keçirməmişik. Bu, gələcəkdə həll etməli olduğumuz məsələlərdən biridir ki, müxtəlif maraqlı tərəflərin bir-biri ilə necə daha effektiv işləyə biləcəyini anlayaq”.

Seçilən
11
teleqraf.com

1Mənbələr