AZ

İsrailin müvəqqəti işlər vəkili Britaniya XİN ə çağırılıb

ain.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Böyük Britaniya İsrail təhlükəsizlik qüvvələrinin "Qlobal Sumud Donanması" fəallarına qarşı pis rəftar etdiyini göstərən görüntülərin ortaya çıxmasından sonra İsrailin Londondakı səfirliyinin müvəqqəti işlər vəkilini Xarici İşlər Nazirliyinə çağırıb.

"Cebheinfo.az" xəbər verir ki, Böyük Britaniya Xarici İşlər Nazirliyindən verilən yazılı bəyanatda, müvəqqəti işlər vəkilinin çağırılması qərarının İsrailin ifrat sağçı milli təhlükəsizlik naziri İtamar Ben-Qvirin paylaşdığı "təxribatçı videodan" sonra qəbul edildiyi vurğulanıb.

Bildirilib ki, Böyük Britaniya İsrail naziri İtamar Ben-Qvirin paylaşdığı təxribatçı videodan sonra bu gün İsrailin Londondakı səfirliyinin müvəqqəti işlər vəkilini Xarici İşlər Nazirliyinə çağırıb.

Bu qərar Böyük Britaniyanın "Qlobal Sumud Donanması"nda yer alan şəxslərə qarşı lağlağı yanaşmanı qətiyyətlə pislədiyinin göstəricisidir. Bu cür davranışlar insanlara qarşı ən təməl hörmət və ləyaqət standartlarını pozur.

Məlumatda həmçinin İsrail rəsmilərindən lazımi izahatların tələb olunduğu və görüntülərdə əks olunan saxlanılma şəraitindən dərin narahatlıq keçirildiyi vurğulanıb.

Donanmanın yardım çatdırmaq cəhdinin Qəzzadakı humanitar vəziyyətin ciddiliyini ortaya qoyduğu qeyd edilən sənəddə, "İsrail daha çox yardımın təhlükəsiz şəkildə və kifayət qədər miqdarda quru sərhədlərindən keçməsini təmin etməlidir", - deyə bildirilib.

Bəyanatda donanmada iştirak edən britaniyalı fəallara və ailələrinə kömək etmək üçün onlarla əlaqə saxlanıldığı barədə də məlumat verilib.

Ben-Qvir sosial şəbəkə hesabında fəalların saxlanıldığı Aşdod limanına getdiyini əks etdirən və İsrail təhlükəsizlik qüvvələrinin fəallarla pis rəftar etdiyini göstərən görüntüləri paylaşmışdı.

Görüntülərdə Ben-Qvirin keçidi zamanı bir qadın fəalın "Azad Fələstin" deyə qışqırdığı, İsrail polisinin isə qadına qarşı sərt güc tətbiq edərək onu yerə yıxdığı kameralara düşüb. Bu zaman ifrat sağçı Ben-Qvirin "Bax belə etmək lazımdır", - dediyi eşidilib.

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
32
1
cebheinfo.az

2Mənbələr