AZ

Tramp: “ İsrailin baş naziri də ola bilərəm ”

Vətəninfo.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp İsraildə baş nazirliyə namizəd olma ehtimalını açıqlayıb. Tramp bildirib ki, hazırda İsraildə ona 99 faiz dəstək var və buna əsaslanaraq baş nazirliyə namizədliyini irəli sürə bilər.

“Bəlkə bunu etdikdən sonra İsrailə gedib baş nazirliyə namizədliyimi irəli sürəcəm,” – deyə Tramp əlavə edib.

Associated Press (AP) və NORC İctimaiyyətlə Əlaqələr Tədqiqat Mərkəzi tərəfindən 14-18 may tarixləri arasında ABŞ-da aparılan sorğu isə Trampın ümumi reytinqini 37 faiz göstərib. Sorğu nəticələrinə görə, demək olar ki, bütün Demokratlar Trampın prezident kimi fəaliyyətini dəstəkləmir.

Seçilən
13
veteninfo.az

1Mənbələr