AZ

Nüsrət İbrahimov: Qanunvericiliyə dəyişikliklərdə əmlakı kütləvi qiymətləndirmə mexanizmləri var

Demokrat.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Azərbaycan üçün əsas strategiya şəffaf fiskal-kadastr modeli, müasir kütləvi qiymətləndirmə sistemləri, açıq idarəetmə mexanizmləri və sosial müdafiə alətlərinin inteqrasiyası vasitəsilə daha ədalətli daşınmaz əmlak vergisi sisteminin formalaşdırılması olmalıdır.Demokrat.az "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Qiymətləndiricilər Palatasının sədri Nüsrət İbrahimov Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Şəhərlərin dayanıqlı inkişafının hərəkətverici qüvvəsi kimi daşınmaz əmlakın ədalətli vergisi" adlı tədbirdə bildirib.Onun sözlərinə görə, Azərbaycanda daşınmaz əmlakın mövcud vergiləndirmə sistemi obyektlərin bazar dəyərindəki fərqləri tam şəkildə əks etdirmir.N.İbrahimov qeyd edib ki, beynəlxalq təcrübə daşınmaz əmlakın bazar dəyərinə əsaslanan modellərin səmərəliliyini göstərir, inkişaf etməkdə olan ölkələr üçün isə hibrid yanaşmalar daha geniş yayılıb: "İlk mərhələdə vahid fiskal kadastrın yaradılması, daha sonra isə kütləvi qiymətləndirmənin hibrid sisteminə keçid məqsədəuyğundur. Uzunmüddətli perspektivdə daşınmaz əmlakın bazar dəyərinə əsaslanan vergi modelinin tədricən tətbiq edilməsi nəzərdə tutulur".O, həmçinin bildirib ki, qanunvericiliyə edilən dəyişikliklər çərçivəsində daşınmaz əmlakın kütləvi qiymətləndirilməsi mexanizmləri artıq nəzərdə tutulub.Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
demokrat.az

1Mənbələr