AZ

Vinisius mövsümün son matçında oynamayacaq

Vinisius Junior "Real"ın La Liqada keçirəcəyi son matçda iştirak etməyəcək.

Sportal.az xəbər verir ki, braziliyalı vinger "Atletik"lə oyunda meydana çıxmayacaq. Bu barədə "Diario AS" nəşri məlumat yayıb.

Vinisius dünya çempionatı öncəsi istirahət etmək üçün klubdan icazə istəyib. Rəhbərlik Braziliya millisinin üzvünə ölkəsinə getmək üçün razılıq verib.

Qeyd edək ki, Vinisius Junior 2018-ci ilin yayından "Real"da çıxış edir. 25 yaşlı futbolçu cari mövsümdə Madrid təmsilçisinin heyətində meydana çıxdığı 53 rəsmi matçda 22 qol və 14 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi

Seçilən
19
1
sportal.az

2Mənbələr