AZ

WUF13 çərçivəsində “Boston Consulting Group”un qlobal şəhərlər reytinqinin yeni nəşrinin təqdimatı olub

ain.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 21 may, AZƏRTAC

Bakıda davam edən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “Boston Consulting Group” (BCG) qlobal şəhərlər reytinqinin yeni nəşrinin təqdimatı olub.

AZƏRTAC xəbər verir ki, “Urban Expo” sərgisindəki Azərbaycan pavilyonunda baş tutan təqdimatda reytinqdə şəhərlərin hansı parametrlərinin əsas götürüldüyü barədə məlumat verilir, şəhərlərin gələcəyi haqqında müzakirələr aparılır.

Qeyd edək ki, qlobal konsaltinq şirkəti olan BCG-nin baş ofisi ABŞ-ın Massaçusets ştatının Boston şəhərində yerləşir. Qlobal şəbəkəyə malik şirkətin 50 ölkədə 90-dan çox ofisi var. BCG 2010-cu illərin əvvəllərindən Azərbaycanda tərəfdaşlarla əməkdaşlıq etməyə başlayıb. BCG-nin konsaltinq xidmətləri Azərbaycanda yerli, beynəlxalq və dövlət sektoru şirkətlərini əhatə edir.

“Boston Consulting Group”, həmçinin Bakı şəhərinin Baş Planının hazırlanması işinə cəlb edilib, beynəlxalq strateji məsləhətçi olan BCG-nin dəstəyi ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən paytaxtın inkişaf konsepsiyası işlənilib.

Fotoqraf – İlkin Cavanşirov

Operator – Şövqi Əzizov

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
106
azertag.az

1Mənbələr