AZ

Paşinyandan Rusiyaya ŞOK demarş: Moskvaya getmədi, Kreml QƏZƏBLƏNDİ

Moskva İrəvandan Ermənistan Baş naziri Nikol Paşinyanın Avrasiya İqtisadi Birliyi (AİB) ölkələrinin liderlərinin görüşündə iştirak etməyəcəyi barədə rəsmi bildiriş alıb. Ermənistanı baş nazirin müavini Mqer Qriqoryan təmsil edəcək.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə bildirib. Diplomat Ermənistan hökuməti başçısının AİB-in iclasında iştirak etməməsinin faciə olmadığını deyib.

“Belə hallar əvvəllər də olub, təkcə Ermənistan yox, AİB-ə üzv digər dövlətlərin nümayəndələri də müxtəlif səbəblərdən birlik orqanlarının işində iştirak etməyiblər. Bu cür hallar arzuolunan deyil, hamının can atdığı durum deyil, amma baş verir. Amma burada problem bir qədər fərqlidir. Görünür, bu, artıq sistem halını alır və başa düşdüyümüz qədər bu istiqamətdə, yəni həmin strukturun fəaliyyəti ilə bağlı istiqamətdə bu sistemi məhz Nikol Vovayeviç Paşinyan formalaşdırıb”, - Zaxarova qeyd edib.

Rusiyanın Samara vilayətinin Sızran şəhərində PUA hücumlarından sonra həftənin sonuna kimi bütün kütləvi tədbirlər ləğv edilib. Şəhər rəhbərliyindən məlumat verilib. Qeyd edək ki, bu gün Ukrayna ordusu Sızran şəhərindəki neft emalı avoduna zərbələr endirib.

TVMusavat-ın bu gün saat 16:40-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu gündəmi deputat Elşad Musayevlə müzakirə edir.

https://www.facebook.com/tvmusavat


https://www.youtube.com/@musavattv

Seçilən
38
musavat.com

1Mənbələr