Markus Raşford “Barselona”da qalmaq istəyir.
İdmanxeber.az-ın məlumatına görə, ingiltərəli hücumçu Kataloniya klubu ilə müqavilə şərtlərini yenidən müzakirə etməyə və hətta maaşında 40 faiz endirimə getməyə hazırdır.
Lakin “Barselona” futbolçunu birdəfəlik transfer etməkdə maraqlı deyil. Klubun Raşfordu yenidən icarəyə götürmək variantını nəzərdən keçirdiyi bildirilir.