Demokrat.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Bakının Sabunçu rayonunda 33 yaşlı kişi həyat yoldaşına xəsarət yetirib.Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Maştağa qəsəbəsi, Albalılıq yaşayış massivində baş verib. Şamaxı rayon sakini, 1993-cü il təvəllüdlü Akif birgə yaşadıqları evin qonaq otağında həyat yoldaşı Zümrüd (adlar şərtidir – red.) ilə mübahisə edib. Akif Zümrüdün ona qarşı nalayiq ifadələr işlətməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı onun hər iki qolundan və boğaz nahiyəsindən tutaraq sıxıb, bir dəfə isə əli ilə üz nahiyəsindən zərbə vurub. Faktla bağlı Akifin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkənlə barışıq əldə edib. Zərərçəkmiş ona qarşı şikayətini geri götürüb, onu bağışlayıb. Bu halları nəzərə alan hakim təqsirləndirilən şəxsin barəsində ittihamedici hökm çıxarmayıb. Məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib. Onun barəsində olan cinayət təqibinə xitam verilib.Fariz Məlikli
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.