AZ

Avtomobillərdə sükan tarix olur? Ekranla idarə olunan konsept gündəm oldu VİDEO

Avtosfer portalından alınan məlumata görə, ain.az xəbər verir.

Çinin texnologiya şirkəti “Huawei”in son dövrlərdə təqdim etdiyi ağıllı kokpit dizaynlarından biri ilə təchiz edilmiş konsept avtomobilin sərgi görüntüləri sosial şəbəkələrdə viral olub.

Avtosfer.az xəbər verir ki, sərgidə nümayiş etdirilən konsept avtomobildə ən çox diqqət çəkən məqam fiziki sükanın tamamilə ləğv edilərək onun yerinə böyük ölçülü multimedia ekranının inteqrasiya olunmasıdır. Həmin ekran üzərində rəqəmsal sükan interfeysi təqdim edilir və idarəetmənin məhz bu virtual sistem vasitəsilə həyata keçirildiyi nümayiş etdirilib.

Görüntülərdə avtomobilin sürülməsi tamamilə ekran üzərindən idarə olunurmuş kimi göstərilsə də, ekspertlər bunun hazırkı texnologiya və yol hərəkəti təhlükəsizliyi standartları baxımından real istifadədə tətbiqinin mümkün olmadığını bildirirlər.

Buna baxmayaraq, konsept dizayn avtomobil sənayesində gələcək interfeys və idarəetmə sistemlərinin necə dəyişə biləcəyi ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.

Eltac Zülfüqaroğlu

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
18
avtosfer.az

1Mənbələr