AZ

Şəhərsalma və memarlıq üzrə ekspert: Ukraynada əlçatan mənzillərin çatışmazlığı problemi var

Bakı, 21 may, AZƏRTAC

Ukraynada məcburi köçkünlər üçün kirayə əsaslı, bələdiyyəyə məxsus və əlçatan mənzil modeli hazırlanıb. Biz inanırıq ki, bu model və nümayiş layihəsi vasitəsilə bir neçə mürəkkəb çağırışa eyni vaxtda cavab vermək mümkündür.

AZƏRTAC xəbər verir ki, bu sözləri şəhərsalma və memarlıq üzrə ekspert, tədqiqatçı Anastasiya Ponomaryova Bakıda BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “Şəhər köçkünlüyünə sürətli və iqlim dəyişikliklərinə uyğun cavab olaraq xarabalıqlardan kirayəyə əlverişli mənzillərə” mövzusundakı tədbirdə çıxışı zamanı deyib.

O, əsas problemlərə toxunaraq bildirib: “Birincisi, əlçatan mənzillərin çatışmazlığı problemi var. İkincisi, resurs çatışmazlığı, bəzi hallarda isə vaxt məhdudiyyəti müşahidə olunur. Bununla yanaşı, məcburi köçkünlərin onları qəbul edən icmalara inteqrasiyası məsələsi də aktualdır. Nəhayət, ən vacib məqamlardan biri qısamüddətli və uzunmüddətli həllərin bir araya gətirilməsidir”.

Müxbir - Cavid Əliyev

Seçilən
39
1
azertag.az

2Mənbələr