“Arsenal” yay transfer dönəmində hücum xəttini gücləndirməyi planlaşdırır.
İdmanxeber.az-ın məlumatına görə, London klubunun əsas hədəfləri PSJ-nin futbolçuları Xviça Kvaratsxeliya və Bredli Barkoladır.
“Arsenal”ın Qabriel Martinelli və Qabriel Jesusla yollarını ayırmağa hazırlaşdığı bildirilir. Bu səbəbdən Mikel Arteta hücum xəttində yenidənqurma aparmaq niyyətindədir.
Qeyd edək ki, “Arsenal” mayın 30-da Çempionlar Liqasının finalında PSJ ilə üz-üzə gələcək.