AZ

Göyçayda ağır qəza oldu -FOTO

Göyçay rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az xəbər verir ki, hadisə Bakı–Şamaxı–Yevlax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, “Toyota Prius” markalı avtomobillə “Mercedes” markalı minik avtomobili toqquşub.

Qəza nəticəsində “Toyota Prius”un sürücüsü Əhmədov Əhməd Habil oğlu ağır bədən xəsarətləri alıb.

Yaralı dərhal Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona təcili tibbi yardım göstərildiyi və cərrahi əməliyyat olunduğu bildirilir.

Hadisənin başvermə səbəbləri və digər təfərrüatlar araşdırılır.

Aminə ŞAHSUVARQIZI

2222222
Seçilən
16
1
redaktor.az

2Mənbələr