AZ

Fərid Cəfərov: Qarabağda mədəni mühitin işğaldan əvvəlki vəziyyətdə bərpası prioritetdir

Baku.ws portalından alınan məlumata görə, ain.az xəbər verir.

Azərbaycan Qarabağda bərpa işlərini davam etdirir, şəhərlər canlandırılır, tarixi abidələr bərpa edilir.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu mədəniyyət nazirinin müavini Fərid Cəfərov Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Dayanıqlı və gücləndirici mədəni canlandırma" adlı müzakirədə deyib.

"Azad olunmuş ərazilərdə mədəni abidələrin bərpasına xüsusi həssaslıqla yanaşılır. Bu, həm də regionun zəngin mədəni irsinin bərpası deməkdir", - o vurğulayıb.

Nazir müavini əlavə edib ki, Qarabağda mədəni mühitin işğaldan əvvəlki vəziyyətdə bərpası prioritetdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
5
1
baku.ws

2Mənbələr