AZ

Amina Mohammed: Kredit reytinqi sistemləri Afrikanın risklərini düzgün qiymətləndirmir

Xalqcebhesi saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Kredit reytinqi sistemləri Afrikanın risklərini düzgün qiymətləndirmir və bu, qitəyə kapital axınını məhdudlaşdırır.

Bunu BMT Baş katibinin müavini Amina Mohammed Dünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində təşkil olunan "Afrikada əlçatan mənzil üzrə tərəfdaşlığın investor sessiyası"nda bildirib.

Onun sözlərinə görə, Afrika dünya şəhər əhalisinin təxminən 20%-nə sahib olsa da, qlobal mənzil maliyyələşməsinin 3%-dən azını cəlb edir.

A.Mohammed qeyd edib ki, 2050-ci ilə qədər Afrika əhalisi 2,5 milyarda çatacaq və urbanizasiya prosesi mənzil, infrastruktur, iqlimə davamlı tikinti, logistika və texnologiya sahələrində böyük investisiya imkanları yaradacaq.

BMT rəsmisi vurğulayıb ki, Afrikanın mənzil çatışmazlığının aradan qaldırılması üçün dövlət maliyyəsi vacib olsa da, bu, kifayət deyil. Onun fikrincə, özəl sektor, pensiya fondları, sığorta şirkətləri və digər investorlar qitənin mənzil bazarının inkişafında daha fəal iştirak etməlidirlər.

A.Mohammed maliyyə institutlarını özəl kapitalın cəlb edilməsini sürətləndirəcək mexanizmləri genişləndirməyə çağırıb və bildirib ki, artıq mərhələli irəliləyiş deyil, genişmiqyaslı icra dövrüdür.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
35
2
icma.az

3Mənbələr