AZ

Fərid Cəfərov: Beynəlxalq sazişlərə baxmayaraq tarixi məkanlar hələ də təhlükə altındadır

ain.az bildirir, Apa.az saytına əsaslanaraq.

Beynəlxalq sazişlər çərçivəsində görülən tədbirlərə baxmayaraq, tarixi məkanlar hələ də təhlükə altındadır.

APA xəbər verir ki, bunu WUF13 çərçivəsində keçirilən “Dayanıqlı və İlhamlandırıcı Mədəniyyətin Yenidən Canlandırılması Modeli” mövzusunda panel sessiyasında Azərbaycan Respublikasının mədəniyyət nazirinin müavini Fərid Cəfərov deyib.

O bildirib ki, zəngin mədəni irsin qorunmasına ciddi ehtiyac var.

Nazir müavininin sözlərinə görə, mədəni irsin qorunması yalnız mədəni məsələ deyil, eyni zamanda mühüm öhdəlikdir. Bu baxımdan həyata keçirilən təşəbbüslər böyük məsuliyyət daşıyır.

Prezident İlham Əliyevin rəhbərliyi ilə azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa proqramları həyata keçirilir. Mədəni irs abidələri və digər infrastruktur obyektləri yenidən qurulur, bölgədə həyat tədricən bərpa olunur.

O qeyd edib ki, azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri sürətlə davam etdirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
32
2
apa.az

3Mənbələr