AZ

Hakim və məhkum sinif yoldaşı çıxdı VİDEO

ain.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ-də baş tutan məhkəmə prosesi zamanı yaşanan duyğusal anlar sosial şəbəkələrdə böyük marağa səbəb olub.

Milli.Az xəbər verir ki, yayılmış görüntülərdə hakimlə məhkumun illər əvvəl eyni məktəbdə oxuduqları məlum olur.

Məhkəmə zalında ittiham olunan şəxslə söhbət edən xanım hakim onun təhsil aldığı məktəbi soruşduqdan sonra keçmiş sinif yoldaşını tanıdığını bildirib. Bu anlar zalda kövrək atmosfer yaradıb.

Hakimin sözlərindən təsirlənən məhkum göz yaşlarına hakim ola bilməyib. O, həyatında verdiyi yanlış qərarlara görə peşman olduğunu ifadə edib.

Hakim isə çıxışı zamanı həmin şəxsin məktəb illərində çox nümunəvi şagirdlərdən biri olduğunu xatırladıb. O bildirib ki, birlikdə uşaqlıq illərində oyunlar oynayıblar və onun gələcəyi ilə bağlı böyük ümidlər var idi.

Duyğusal anların yer aldığı görüntülər sosial mediada geniş yayılıb. Bir çox istifadəçi həyatın insanları fərqli talelərə apardığını qeyd edərək hadisədən təsirləndiklərini yazıb.

Hüseyn

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
24
news.milli.az

1Mənbələr