AZ

Şəhid atası ürəktutmadan vəfat etdi - Foto

Vətən müharibəsi şəhidi Lətif Əliyevin atası vəfat edib. Musavat.com xəbər verir ki, şəhid atası Oruc Əliyev 60 yaşında ürəktutmadan dünyasını dəyişib.


Qeyd edək ki, Əliyev Lətif Oruc oğlu 15 avqust 1995-ci ildə Şərur rayonunun Xanlıqlar kəndində anadan olub. Orta təhsilini Xanlıqlar kənd tam orta məktəbində alan Lətif Əliyev 2013-2014-cü illərdə həqiqi hərbi xidmətdə olub. O, 2020-ci ildə müddətdən artıq həqiqi xidmət hərbi qulluqçusu kimi orduda xidmətə başlayıb.
Lətif Əliyev 27 oktyabr 2020-ci ildə Füzuli rayonunun azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. O, Şərur şəhər Şəhidlər Xiyabanında dəfn edilib.
Ölümündən sonra “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.


Allah rəhmət eləsin.

ata.jpg
Şahanə Rəhimli
Musavat. com

 

Seçilən
2
7
musavat.com

10Mənbələr