AZ

A Seriyasında mayın ən yaxşı məşqçisi müəyyənləşdi

sport24.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

"Udineze"nin baş məşqçisi Kosta Runyaiç may ayında A Seriyasının ən yaxşı məşqçisi seçilib. Sport24.az xəbər verir ki, bu barədə liqanın rəsmi saytı məlumat yayıb.

Komanda onun rəhbərliyi altında bu ay keçirdiyi üç oyundan ikisində qalib gəlib. "Udineze" "Torino"nu (2-0) və "Kalyari"ni (2-0) məğlub etsə də, "Kremoneze"yə (0-1) məğlub olub.

Runyaiç 2024-cü ilin yayından "Udineze"nin "sükanı arxasındadır". Onun klubla müqaviləsi 2026/27 mövsümünün sonunda başa çatır. 

Qeyd edək ki, "Udineze" hazırda A Seriyasında onuncu yerdədir. Komanda mövsümdə son oyununu mayın 24-də "Napoli"yə qarşı keçirəcək. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
55
sport24.az

1Mənbələr