AZ

Ukrayna üçün Aİ ilə bağlı xüsusi status təklif etdilər


Almaniya kansleri Fridrix Merts Avropa İttifaqına (Aİ) üzvlük istiqamətində Ukraynaya xüsusi status verilməsini təklif edib.
Yeniavaz.com
“Reuters” agentliyinə istinadla xəbər verir ki, bu barədə Mertsin Aİ liderlərinə göndərdiyi məktubda bildirilib.
Məktub iyun ayında Monteneqroda keçiriləcək Aİ-Qərbi Balkan sammitindən əvvəl göndərilib.
Orada digər məsələlərlə yanaşı, Aİ-nin genişlənməsi məsələsinin də müzakirə olunacağı gözlənilir.
Merts hesab edir ki, Ukraynaya Avropa İttifaqının müvəqqəti “assosiativ üzv” statusu verilməlidir ki, bu da ona səsvermə hüququ olmadan Aİ iclaslarında iştirak etməyə imkan verəcək.
Bu təşəbbüs həmçinin, ölkənin tam üzvlüyə nail olmadan bloka inteqrasiyasına şərait yaradacaq.
Plana əsasən, Ukrayna Avropa Ədalət Məhkəməsinə köməkçi hakim və Avropa Parlamentinə nümayəndələr təyin edə biləcək.
Bundan əlavə, kanslerin təklifinə görə, Ukrayna Aİ büdcəsinə çıxış əldə edəcək. Bununla belə, xərcləmə planları mərhələlərlə həyata keçirilə bilər.
Eyni məktubda Merts Ukraynanın Aİ-yə üzvlük prosesinin davam edəcəyini qeyd edib. Agentliyin məlumatına görə , siyasətçi artıq aprel ayında Aİ liderlərinin sammitində Ukrayna Prezidenti Volodimir Zelenski ilə fikirlərini müzakirə edib.
Seçilən
19
12
yeniavaz.com

10Mənbələr