AZ

“WUF13 platforması gənclərə böyük imkanlar yaradır” - İndira Hacıyeva 

“Bu platforma gənclərə öz fikirlərini səsləndirmək, müzakirələrdə iştirak etmək və təcrübə qazanmaq imkanı yaradır”. 


Manset.az xəbər verir ki, bunu Bakıda keçirilən WUF13 – 13-cü Dünya Şəhər Forumu çərçivəsində “Uşaqlar və gənclər” mövzusunda dəyirmi masada çıxış edən Azərbaycanın Gənclər və idman nazirinin müavini İndira Hacıyeva gənclərin şəhərsalma və qərarların qəbulunda iştirakının önəmini vurğulayıb.

O bildirib ki, WUF13 çərçivəsində qaldırılan məsələlərin yekun sənədlərdə əksini tapması gələcəkdə daha konkret mexanizmlərin formalaşmasına töhfə verəcək.

Nazir müavininin sözlərinə görə, gənclərin böyük təcrübəsi olmasa da, onların yüksək motivasiyası, enerjisi və təşəbbüskarlığı mühüm rol oynayır. O əlavə edib ki, bugünkü gənclər problemlərin həllinə daha praqmatik yanaşır və müasir texnoloji imkanlardan aktiv şəkildə istifadə edirlər.

Sonda o, gəncləri birlikdə fəaliyyət göstərməyə, ideyalarını birləşdirməyə və cəmiyyət üçün faydalı təşəbbüslərlə çıxış etməyə çağırıb.


Fidan Vəlisoy 
Seçilən
16
manset.az

1Mənbələr