Bakı, 21 may, AZƏRTAC
WUF13 haqqında ümumi təəssüratlarım son dərəcə müsbətdir. Forum yüksək səviyyədə təşkil olunub və xalqınız çox qonaqpərvərdir. Xüsusilə Azərbaycan hökuməti və UN-Habitat tərəfindən bu prosesə cəlb olunan könüllülərin fəaliyyətini yüksək qiymətləndirirəm; onlar bütün qonaqlara çox böyük dəstək göstərirlər.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında iştirak edən BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Efiopiya üzrə ölkə ofisinin nümayəndəsi Balay Qaroma deyib.
O bildirib ki, Azərbaycanın təşkil etdiyi bu tədbir örnək təcrübələrlə doludur.