AZ

Polşa israilli nazirin ölkəyə girişinə qadağa qoyacaq

Azpolitika.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvirin Polşaya girişinə qadağa qoyulacaq.

"Report" xəbər verir ki, bu barədə Polşa Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Maçey Vevyur sosial şəbəkələrdə bildirib.

"Polşanın xarici işlər naziri Radoslav Sikorski israilli nazir Ben-Qvirin öz hərəkətlərinə görə Polşaya girişinə qadağa qoyulması üçün Daxili İşlər Nazirliyinə müraciət edib", - deyə Vevyur bildirib.

Qeyd olunub ki, mayın 20-si İsrail XİN hərbi dəniz qüvvələrinin Qəzza zolağına humanitar yardım aparan "Sumud" flotiliyasının 430 fəalını saxladığını bəyan edib. Onların arasında dörd Polşa vətəndaşı var. Ben-Qvir həmçinin həbs edilmiş fəallarla görüşmək üçün Aşdod limanına gedib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
1
azpolitika.info

2Mənbələr