AZ

Mourinyonun “Real”da ilk işi onları barışdırmaq olacaq

Joze Mourinyo “Real Madrid”in baş məşqçisi təyin olunmağa yaxındır.

Publika.az xəbər verir ki, jurnalist İqnasio Sançezin sözlərinə görə, portuqaliyalı məşqçinin ilk işi oyunçular Dünya Kubokuna yola düşməzdən əvvəl Kilian Mbappe və Cud Bellinqem arasındakı münaqişəni həll etmək olacaq.

Joze onları barışdırmaq üçün görüşə çağıracaq. Mourinyo heç birinin rədd cavabını qəbul etməyəcək. Kilian Mbappe bu mövsüm “Real Madrid”də bütün yarışlarda 43 oyun keçirib, 41 qol vurub və 7 məhsuldar ötürmə edib. Bellinqem bu mövsüm Madrid klubunda 39 oyunda meydana çıxıb, 7 qol vurub və 5 məhsuldar ötürmə edib.

Seçilən
18
publika.az

1Mənbələr