AZ

Bloqer liposaksiya əməliyyatında öldü

Demokrat.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Qazaxıstanda tanınmış bloqer Səulə Bazarxan özəl klinikada uğursuz piy sovurma əməliyyatı zamanı dünyasını dəyişib, ailəsi həkimləri laqeydlikdə ittiham edir və faktla bağlı cinayət işi açılıb.Demokrat.az xəbər verir ki, mərhumun qızı sosial şəbəkə hesabında anasının faciəvi ölümü barədə paylaşım edib. Onun sözlərinə görə, hadisə bu il mayın 15-də qeydə alınıb. Yerli anesteziya ilə keçirilməsi nəzərdə tutulan planlı liposaksiya (piy sovurma) əməliyyatı faciə ilə başa çatıb.Qızı bildirib ki, əməliyyat vaxtı bitsə də, saatlarla onlara heç bir məlumat verilməyib və anasının ölüm xəbəri yaxınlarına yalnız axşam saat 18:00 radələrində bildirilib. O, həkimlərin ölüm faktını gizlətdiyini iddia edib.Hadisədən sonra Almatı Şəhər Polis Departamenti rəsmi açıqlama yayıb. Qurumun mətbuat xidmətindən bildirilib ki, Bostandıq Rayon Polis İdarəsi tərəfindən cinayət işi açılıb. Müvafiq istintaq hərəkətləri davam etdirilir və araşdırmaların nəticəsinə uyğun olaraq yekun hüquqi qərar veriləcək. Qazaxıstan qanunvericiliyinə əsasən, ibtidai istintaqın təfərrüatı açıqlanmır.İsmayıl

Demokrat.az Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
15
1
demokrat.az

2Mənbələr