AZ

Məzunlara attestatlar elektron qaydada veriləcək - Hansı yeniliklər var?

“Cari tədris ilində məzunlara təhsil sənədlərinin elektron qaydada təqdim olunması nəzərdə tutulur. Bununla bağlı elektron attestat sisteminin tətbiqi istiqamətində müvafiq texniki yeniliklər və inteqrasiya işləri həyata keçirilir”.

Redaktor.az xəbər verir ki, bu barədə “Azərbaycan müəllimi”nin sorğusuna cavab olaraq Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib. 

Agentlikdən verilən məlumata görə, elektron attestat sisteminin tətbiqi məqsədilə məktəblərdə hazırlıq işləri davam etdirilir. Eyni zamanda tədris planı bölməsinin təkmilləşdirilməsi istiqamətində işlər aparılır və hazırda ümumtəhsil müəssisələrinin 75 faizindən çoxunda tədris planlarının təsdiqi prosesi tamamlanıb.

Bildirilib ki, attestatların təqdim olunacağı tarixlə bağlı müvafiq işlər davam etdirilir. Platformanın ilk tətbiq ili olması nəzərə alınaraq bütün texniki imkanların səfərbər olunduğu qeyd edilib.

Seçilən
39
1
redaktor.az

2Mənbələr