AZ

WUF13: “Ədalətli əmlak vergisi davamlı şəhər inkişafının hərəkətverici gücü kimi” - panel sessiya

Bakıda BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “Ədalətli əmlak vergisi davamlı şəhər inkişafının hərəkətverici gücü kimi” mövzusunda sessiyada əmlak vergisinin dayanıqlı şəhər inkişafının təmin edilməsində rolu müzakirə olunur.

AZƏRTAC xəbər verir ki, sessiyada ədalətli və şəffaf əmlak vergisi sistemi əmlak dəyərlərinin ictimai gəlirlərlə balanslı şəkildə əlaqələndirilməsi vasitəsilə şəhərlərin maliyyə dayanıqlığının gücləndirilməsi, şəhər xidmətlərinə çıxışın yaxşılaşdırılması və sosial həmrəyliyin təşviqi ilə bağlı məsələlər müzakirə olunur.

Azərbaycan Qiymətləndiricilər Palatasının İdarə Heyətinin sədri Nüsrət İbrahimov çıxışında bildirib ki, Dünya Bankının qiymətləndirmələrinə əsasən, inkişaf etməkdə olan ölkələrdə əmlak vergisi potensialından hələ tam istifadə olunmur. Azərbaycanda və oxşar ölkələrdə vergi daxilolmaları adətən ümumi daxili məhsulun 0,3–0,6 faizi səviyyəsində olduğu halda, xüsusilə Avropa ölkələrində bu göstərici təxminən 1–1,1 faiz təşkil edir.

Müzakirələr etibarlı torpaq və əmlak məlumatlarına, müasir qiymətləndirmə metodologiyalarına və şəffaf idarəetmə mexanizmlərinə əsaslanan ədalətli əmlak vergisi sistemlərinin qurulması üzrə praktik yanaşmalara həsr olunub.

Sessiyada sürətli urbanizasiya, məhdud fiskal imkanlar və inklüziv inkişaf tələbatı ilə üzləşən inkişaf etməkdə olan ölkələrin təcrübələrinə xüsusi diqqət ayrılacaq.

Seçilən
33
azerbaijan-news.az

1Mənbələr